Azərbaycanda 2020-ci ildə dövlət vəsaitləri hesabına açıq tender keçirilib. Açıq tenderlərin ümumi dəyəri 2. 152,8 milyon manat təşkil edib. Ortalama bir açıq tenderin dəyəri 891,8 min manat olub.
İqtisadçı Toğrul Maşallı bildirir ki, açıq tenderlər arasında 2321-i elektron satınalma üsulu ilə keçirilib. Başqa sözlə köhnə üsulla, yəni kağız üzərində 93 açıq tender baş tutub. Bəs onların dəyəri necə olub?
İqtisadçı bildirir ki, köhnə üsulla keçirilən açıq tenderlərin ümumi dəyəri 1. 222,8 milyon manat təşkil edib. Elektron tenderlərin dəyəri isə 930 milyon manat olub
"Yəni faktiki ən bahalı tenderlər nəyə görəsə elektron qaydada keçirilməyib"-deyə, ekspert vurğulayıb.
Mənbə: Azpolitika.İnfo