Bakı metrosunda gizli telefon var - Dəstəyi götürən zaman…

ÖLKƏ
16:57 / 24.05.2020
1628

Bakı metrosunda əksər şəxsin görüş nöqtəsi olaraq təyin etdiyi SOS aparatı fövqəladə hadisələr zamanı sərnişinlərin təhlükəsizliyini təmin etmək, onlara kömək etmək məqsədilə yaradılıb.

Bu barədə açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, hər hansı bir hadisə olanda, bu aparat vasitəsilə metro təhlükəsizlik xidmətinə məlumat verilir:

"Aparatın üzərindəki telefon dəstəyini götürən zaman məlumat birbaşa dipestçer məntəqəsinə daxil olur. Həmin vaxt dəstəyi götürən şəxsin görüntüsü dispetçerin qarşısındakı monitorda əksini tapır. Həmin SOS aparatın üzərində iki ədəd kamera var. Məhz bu kameralar vasitəsilə dispetçer məlumatın doğru olub-olmadığını dəqiqləşdirə bilir. Hər hansı bir yalnış məlumat olarsa, bu, inzibati məsuliyyət tələb edir”./metbuat.az

0