17 milyon tendersiz bu şirkətə verildi - Ekspert açıqladı

İQTİSADİYYAT
16:23 / 04.03.2021
3359

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi regionlarda televiziya və radio yayımının keyfiyyətinin yüksəldilməsi üçün avadanlıqların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurduğunu açıqlayıb. Əslində isə, belə bir tender olmayıb, cəmi üç ay öncə bu tenderin, iddiaçıların olmaması səbəbindən ləğv edildiyi bildirilmişdi...”

Bu haqda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünüb “facebook” səhifəsindən paylaşdığı yazıda bildiib.

O bildirib ki, Teleradio İstehsalat Birliyi adıçəkilən tender elanının 08.12.2020-ci ildə dərc olunduğu və 12.01.2021-ci il tarixdə ləğv edildiyini rəsmi olaraq göstərib.

Onun sözlərinə görə, yenidən belə bir müsabiqənin keçirilməsi haqqında elan e-Satınalma Portalında dərc edilməyib: "Görünür, qurum sonradan Antiinhisar Dövlət Xidmətinə müraciət edib və onun razılığı əsasında “Vigintos Elektronika” şirkəti ilə birbaşa 17.0440 milyon manat dəyərində müqavilə imzalayıb. Antiinhisar Dövlət Xidməti bununla bağlı məlumatı Portalda yerləşdirib. Sadəcə, Teleradio İstehsalat Bilriyi tenderə yekun vurduğunu deyil, birbaşa müqavilə imzalaması ilə bağlı məlumat verməsi daha doğru olardı".

O. Gndüz daha sonra qeyd edib ki, Litva şirkəti olan bu qurum əvvəllər Lerik, Gədəbəy, Şəmkir və s. rayonlarada əhalinin keyfiyyətli yayımla təmin olunması üçün 150 Vt-lıq yeni DVB-T ötürücülərini quraşdıraraq istismara verib: ""Vigintos Elektronika"-nın 17.0440 milyon manatlıq müqavilə üzrə hansı ölkəyə məxsus, hansı parametrdə avadanlıqlar alacağı ilə bağlı məlumatlar açıqlanmayıb".

0