Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı artıb -  FOTO (Yenilənib-2)

23:35 / 04.03.2021
1490

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11 nəfərə yüksəlib.

Hit.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

***21:55

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sarı 10 nəfərə yüksəlib.

Hit.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

****20:12

Türkiyənin Tatvan ilçəsinin Çəkməcə kəndi yaxınlığında ölkənin silahlı qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, hadisə günorta saatlarında baş verib. Qəza nəticəsində doqquz hərbçinin öldüyü, dörd nəfərin isə yaralandığı bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

5