Mübariz Mənsimova beş illik şərti cəza verildi - YENİLƏNİB

ÖLKƏ
15:39 / 05.03.2021
2941

Azərbaycan əsilli türkiyəli biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə beş il müddətinə cəza verilib.

Oxu.Az-ın məlumatına görə, məhkəmə qərarı ilə o, bu müddəti ev dustaqlığında keçirəcək. Qərara əsasən Mənsimova elektron qolbaq taxılacaq və bu vasitə ilə onun hərəkətləri izlənəcək.

Qeyd edək ki, məhkəmədə Mənsimovun FETÖ terror təşkilatına qəsdən yardım etməsi sübut olunub.

***

Bu gün İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

2