Neftin qiyməti 69 dollara yaxınlaşır

İQTİSADİYYAT
16:22 / 05.03.2021
899

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri ötən ilin yanvarın 8-dən bəri ilk dəfə 68 dollar həddini keçib.

"APA-Economics"in məlumatına görə, ticarət əməliyyatlarının gedişində "Brent"in bir bareli üçün maksimal dəyəri 68,56 dollaradək yüksəlib (2,73% artım).

Məlumata görə, WTI markalı neftinin aprel müqavilələrinin dəyəri isə 65,47 dollar təşkil edib (+2,57).

0