Nizami rayonu, Heydər Əliyev prospekti 106A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
“Yeni Sabah”ın məlumatına görə, xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı məlum olub ki, 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağaclar nəzərə alınmayıb və onların ətrafı tamamilə asfaltlanıb.
“Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib”.
V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.