Dünyada COVID-19-a yoluxanların sayı 115,65 milyon nəfəri ötüb
HİT.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 115 653 459 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 571 823 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 353 528 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 7 192 pasiyent təhlükəli infeksiyadan ölüb.
Son 24 saat ərzində infeksiyaya yoluxanların 44 faizindən çoxu Avropada (157 481), daha sonra Şimali və Cənubi Amerikada (121 576), ardından isə Cənub-Şərqi Asiyada (33 611) qeydə alınıb.
ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.
Dünyada ən çox yoluxma halı ABŞ (28 468 736), Hindistan (11 192 088) və Braziliyada (10 793 732) və Rusiyada (4 312 181) qeydə alınıb.