Türkiyədə COVID-19-la bağlı SON VƏZİYYƏT

DÜNYA
22:50 / 06.03.2021
988

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 64 nəfər vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 770 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7291, ağır xəstələr isə 1230 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 769 230 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 616 139 nəfər sağalıb, 28 965 nəfər isə həyatını itirib.

0