Paris mediası xəbər verir ki, Milyarder və siyasətçi Olivier Dassault bazar günü avia-qəzada həlak olub.
HİT.Az xəbər verir ki, bu haqda Paris mətbuatı məlumat yayıb. 69 yaşlı Dassaultu aparan şəxsi helikopter Kalvados departamentində qəzaya uğrayıb. Pilot da həlak olub.
Olivier Dassault bir neçə il əvvəl vəfat edən iş adamı Serj Dassaultun böyük oğludur.
Fransa prezidenti Emmanuel Makron "Twitter”də onun ölümü ilə bağlı başsağlığı verib:
"Olivier Dassault Fransanı sevirdi. Sənayeçi, millət vəkili, Hava Qüvvələrinin ehtiyat zabiti idi... Ölümü böyük bir itkidir..."