Milyard ildən sonra Yer üzündə yalnız onlar sağ qalacaq... - Alimlər açıqladı

DÜNYA
13:43 / 08.03.2021
1091

Alimlər Yer kürəsinin iqlimini bir milyard ildən çox bir müddətə modelləşdirblər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat NASA-nın tələbi ilə Yaponiyanın Toho Universitetindən Kazumi Ozaki və Corciya Texnologiya İnstitutundan Kris Reynhard tərəfindən aparılıb. Elmi material ExtremeTech portalında təqdim olunub. 

Mütəxəssislərin fikrincə, bir milyard ildən sonra Günəş o qədər istiləşəcək ki, karbon qazını parçalamağa başlayacaq və dekarbonizasiya prosesi başlayacaq, bunun sayəsində fotosintez dayanacaq. Atmosferdəki oksigen miqdarı demək olar ki, 100 dəfə azalacaq. Nəticədə, Yer üzündə ən ibtidai bakteriyalardan başqa heç kim sağ qalmayacaq, çünki mövcud olmaları üçün oksigenə ehtiyacları yoxdur. 

Alimlər bu yaxınlarda bilinməyən bir qlobal fəlakətdən bəhs ediblər - təxminən 42 min il əvvəl, Yerin maqnit qütblərindəki dəyişiklik bütün canlıların kütləvi şəkildə məhv olmasına səbəb olan fəlakətli iqlim dəyişikliklərinə səbəb olub. Bu dövrü Yeni Zelandiya kovri ağaclarının qalıqlarından müəyyən etmək mümkün olub. Həm də Şimali Amerikadakı buz təbəqələrinin, buzlaqların artması küləklər və tropik fırtınaların qlobal dəyişiklikləri ilə üst-üstə düşür.

1