“Təəssüf ki, “Liverpul” ölmək üzrədir və biz yetim qalırıq”

İDMAN
22:12 / 09.03.2021
1699

Namibiya respublikasının prezidenti Haqe Qeynbob İngiltərənin “Liverpul” klubunun son oyunlardakı məğlubiyyəti ilə bağlı paylaşım edib.

Hit.az xəbər verir ki, Qeynbob rəsmi “tvitter” hesabında azarkeşi olduğu komandanın ölmək üzrə olduğunu yazıb:

“Biz “Liverpul” azarkeşləri son zamanlarda artıq tək gəzirik. Təəssüf ki, “Liverpul” ölmək üzrədir və biz yetim qalırıq”.

“Liverpul” Premyer Liqada 8-ci sıradadır. Mersisayd təmsilçisi son 6 ev oyununda məğlub olub.

0