Zaurun verilişində mübahisə düşdü - Mikrofonu atıb, qıza hücum etdi

MAQAZİN
15:02 / 10.03.2021
3115

Tanınmış teleaparıcı Zaur Baxşəliyevin proqramında gərgin anlar yaşanıb.

HİT.Az xəbər verir ki, ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinin efirində studiyaya gələn cütlük arasında mübahisə yaranıb.

Belə ki,  bir müddətdir verilişdə problemləri müzakirə edilən Ramin-Günay cütlüyü arasında dava düşüb. Ramin yenidən verilişə gələrək həyat yoldaşının uşağı ona göstərmədiyini iddia edib.

Bir-birini efirdə təhqir edən cütlüyü studiyadakılar ayırmağa çalışıb.  Daha sonra Ramin əlindəki mikrofonu qadına çırpıb və polis studiyaya daxil olub.

12