Sumqayıtda teplavoz avtobusla toqquşdu: ölən var

ÖLKƏ
15:25 / 10.03.2021
788

Bu gün günorta saatlarında Sumqayıt Kimya Sənaye Parkında teplovozun vurduğu avtobus “Azərbaycan Dəmir Yolları” (ADY) İdarəsinin əməkdaşının üzərinə aşıb, həmin şəxs hadisə yerində vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, günorta saat 13 radələrində boş avtobus dəmir yolunun üzərindən keçərkən texniki nasazlıq baş verib və avtobus sönərək xəttin üzərində qalıb.

Bu zaman dəmir yolunda hərəkətdə olan teplovoz avtobusla toqquşub və avtobus aşaraq teplovozun hərəkətini tənzimləyən əməkdaşın üzərinə düşüb. ADY əməkdaşı hadisə yerində vəfat edib.

Qəzaya düşən avtobus sərnişin avtobusu olmayıb və ictimai nəqliyyata aidiyyatı yoxdur. Həmin avtobusun Sumqayıt KSP-yə məxsus olduğu bildirilir.

1