Rəmişin son durumu... - Xanımı danışdı

MƏDƏNİYYƏT
18:35 / 10.03.2021
1934

Yanvarın 28-dən reanimasiyaya yerləşdirilən xalq artisti Rafiq Hüseynov palataya köçürülüb.

Bu barədə açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova deyib. O bildirib ki, müalicəsi davam etdirilən Rəmiş Hüseynov hələ ki, danışa bilmir.

Gülü Hüseynova onu da qeyd edib ki, dostları və sənət yoldaşları daim Rəmişin səhhəti ilə maraqlanır:

“Xalq artisti Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov, Milli Qəhrəman İbad Hüseynov Rəmişi daim diqqətdə saxlayır”.

Xalq artistinin həyat yoldaşı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya bir daha təşəkkürünü bildirib.

Qeyd edək ki, xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir.

0
Kult.az