Naxçıvanda işdən çıxarılıb həbs olunan məmurlar - SİYAHI

ÖLKƏ
09:34 / 11.03.2021
2134

Xəbər verdiyimiz kimi, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov və muxtar respublikanın sabiq təhsil naziri Məmməd Qəribov həbs olunublar. 

“Yeni Sabah” bildirir ki, 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışmış  Məmməd Qəribov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham edilir.

Əhməd Əhmədovun isə nədə ittiham olunduğu hələlik açıqlanmayıb.

Bildirək ki, NMR-da vəzifədən azad olunan şəxslərin həbs edilməsi “ənənəsi” mövcuddur. Naxçıvanda işdən çıxarılandan sonra həbsə göndərilən vəzifəli şəxsslərin natamam siyahısını təqdim edirik: 

Keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov, həbsdədir;

Keçmiş təhsil naziri Məmməd Qəribov, həbsdədir;

Keçmiş daxili işlər naziri Əhməd Əhmədov, həbsdədir.

İşdən çıxarılan və hazırda istintaqa çağırılan MR rəsmilərinin  siyahısı:

Keçmiş maliyyə naziri Xalid İsgəndərov;

İqtisadiyyat naziri Famil Seyidov;

Keçmiş Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov;

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov;

Vergilər naziri Əli Mahmudov;

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev;

Baş nazirin birinci müavini Asəf Məmmədov.

1