DİN \"Safe Life\" MMC-ni CƏRİMƏLƏDİ

12:42 / 11.03.2021
1566

Dövlət Yol Polisi (DYP) "Safe Life" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, şirkətin şikayətinə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

"Safe Life" MMC İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

0