"Keşlə"nin futbolçusu koronavirusa yoluxdu

İDMAN
21:43 / 13.03.2021
1086

"Keşlə" klubunun futbolçusu İlkin Qırtımovda koronavirus aşkarlanıb.

HİT.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX turun oyunundan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sağ cinah müdafiəçisinin test nəticəsi bu gün müsbət çıxıb. Qurbanov oyunçunun dərhal təcrid edildiyini bildirib..

0