“Gənclər böyük futbolun nə olduğunu öyrənməlidirlər” - Honda

18:39 / 15.03.2021
1830

“Təkcə Azərbaycanda deyil, bütün dünyada böyük futbolçular gənclərə öz biliklərini aşılamalıdırlar. Bu çox vacib məqamdır”.

Hit.az-ın məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Keysuke Honda deyib.

Yaponiyalı yarımmüdafiəçi “Neftçi”də gənc oyunçulara örnək olmağa çalışacağını söyləyib: “Gənclər böyük oyunçulardan futbolun nə olduğunu öyrənməlidirlər. Burada təkcə söhbət futboldan getmir, meydandan kənardakı məsələlər da önəmlidir”.

0