“Magnus Carlsen Invitational”dakı Azərbaycan derbisi sülhlə bitdi

İDMAN
23:57 / 15.03.2021
1077

Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsi davam edir.

HİT.az xəbər verir ki, “Magnus Carlsen Invitational” adlanan yarışın 13-cü turunda Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gəliblər.

Qarşılaşma 37-ci gedişdə heç-heçə başa çatıb.

Bu görüşdə Məmmədyarov ağ, Rəcəbov isə qara fiqurlarla oynayıb.

Qeyd edək ki, Məmmədyarov günün ilk oyununda rusiyalı Yan Nepomnyaşiyə uduzsa da, ikinci qarşılaşmada onun həmyerlisi Sergey Karyakinə qalib gəlib.

Rəcəbov isə ilk partiyada ispaniyalı David Antonu məğlub edib. 34 yaşlı qrossmeyster növbəti görüşdə isə isveçli Nils Qrandeliusla sülh bağlayıb.

0