NATO-nun Baş katibindən Avropa Birliyinə çağırış  

DÜNYA
11:22 / 16.03.2021
1177

 “ABŞ və Avropa Birliyi, “aqressiv və təhdidlə məşğul olan Çinin qüdrətlənməsini istəyirsə”, ittifaqlarını tez bir zamanda bərpa etməlidir. Çini "dünya ölkələrinə sataşmaqdan" çəkindirmək istəyirsə, NATO-nun Asiya-Sakit okean bölgəsindəki tərəfdaşları ilə işləməlidir”. 

HİT.Az xarici KİV-ə istinadla bildirir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin təhlükəsizlik və xarici əlaqələr komitələrinə müraciətində bildirib.

Baş katib deyib ki, Çinin qüdrətlənməsindən, hərbi və iqtisadi gücündən narahat olanların NATO - Avropa və Şimali Amerikayla birlikdə olmaları daha vacibdir. Çinin davranışını qanunun aliliyinə xələl gətirmək kimi xarakterizə edən Yens Stoltenberq,  ABŞ  və Prezidenti C.Baydenin ittifaqları bərpa etmək və NATO-nu gücləndirmək üçün açıq öhdəliyini yüksək qiymətləndirib. 

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın  NATO-nun Avropa üzvlərini pul ödəmədiklərini iddia edərək, dəfələrlə qrupdan çıxmaqla hədələyib. Bunun üstündən dörd il keçib: “Ancaq əlaqələr prezident C.Baydenin dövründə düzəldilir. Fevral ayında Münhen Təhlükəsizlik Konfransında Bayden, NATO-nun qarşılıqlı müdafiə bəndinə - Maddə 5-ə dəstək verdiyini deyib. Birinə hücum hamıya hücumdur. Bu, sarsılmaz andımızdır”.

Xorvatiya Parlamentinin üzvü Tonino Piçula, NATO-nu pandemiyada iqtisadi, siyasi və kiber üstünlüklərini artıraraq təsirlərini göstərmək üçün Rusiya və Çinin səyləri ilə mübarizə aparmağa çağırib: “Xüsusilə inkişaf etməkdə olan ölkələrdə və Avropa Birliyində və ya qonşuluqda maraqlarını yaymaq üçün peyvənd diplomatiyasından istifadə edirlər. Düşünürəm ki, bu, həm Avropa Birliyinin, həm də NATO-nun xüsusi diqqət yetirməli olduğu bir məqamdır”.
 
Demokratiya Qrupunun italiyalı üzvü Anna Bonfrisko, NATO-nu Cənubi Çin dənizində “xalçanı Çinin ayaqları altından süpürmək” üçün ABŞ-la işləməyə çağırıb: “Tayvan bizim tərəfimizdən demokratiyanın parlaq nümunəsi sayılır. Möhtəşəm bir iqtisadiyyatdır və inkişaf edən texnologiyalardan bəhs edərkən, Tayvanın azad və açıq bir gələcəyini istərdik. Bunun NATO üçün mənası nədir?” deyə sual edib. 

Y.Stoltenberq,  Çinin iqtisadi tərəqqisini və yoxsulluğun azaldılması proqramını yüksək qiymətləndirib, lakin davamlı böyüməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb: “Eyni zamanda, Çinin inkişaf etməsi də bəzi ciddi problemlər yaradır. Çin dəyərlərimizi bölüşməyən avtoritar bir ölkədir. Tezliklə dünyanın ən böyük iqtisadiyyatına sahib olacaqlar. Onsuz da ikinci ən böyük müdafiə büdcəsinə sahibdirlər və yeni, müasir hərbi imkanlara böyük sərmayə yatırırlar ”dedi.

Vüqar

0