Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu

ÖLKƏ
12:43 / 16.03.2021
642

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında səfərdə olarkən Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməli qoyulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) HİT.Az-a verilən məlumata görə, Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir:

“Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yolboyunca da avtomobil körpüləri tikiləcək”.

0