Asim Mollazadə Braziliya səfiri ilə regionda yaranmış vəziyyəti müzakirə etdi

SİYASƏT
10:47 / 17.03.2021
1818

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul edib. 

HİT.az xəbər verir ki, görüşdə Azərbaycan-Braziliya münasibətləri, Azərbaycandakı hazırkı ictimai-siyasi situasiya, Vətən Müharibəsindən sonrakı dövrdə regionda yaranmış ümumi vəziyyət və yeni dövrün reallıqlarından irəli gələn perspektivlər müzakirə edilib. 

Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. 

0