Rəssam Milena Nəbiyeva möhtəşəm əsərlərinin ilham mənbələrini açıqladı - FOTOLAR

MƏDƏNİYYƏT
14:25 / 18.03.2021
1545

Rəssam Milena Nəbiyeva "Luxury WoMen Magazine" jurnalının qonağı olub.

Tez-tez xeyriyyəçilik məqsədilə sərgilər təşkil edən Milena Nəbiyeva rəssamlığa gəlişində dostlarının böyük rolu olduğunu bildirib:

"Heç ağlıma gəlməzdi ki, nə vaxtsa rəssamlıqla məşğul olaram. "Yunesko”nun üzvüyəm. Fərdi sərgilərim olub. Bunlardan xeyriyyəçiliklə bağlı sərgilər də həyata keçirmişəm. Uşaqlıqdan rəssamlıqla bağlı kurslara gedirdim. Lakin bu çox qısa müddəti əhatə edib. İndiyədək bu peşə mənim daxilimdə olub.
 
Rəssam dostlarım çoxdur. Bir gün biri mənə rəssamlıqla məşğul olmağı, bu peşədə özümü inkişaf etdirməyimi məsləhət gördü. Bununla da qabların üzərində işləməyə başladım. Eyni zamanda mebellər, kətan tabloların üzərində işləyirəm. Bu Türkiyədə çox tələbatlı sahədir və oradan sifariş edilərək brend halına çevrilməsini istədilər. 2014-cü ildə bu brend altında hazırlamağa başladım”. 
 
Gənc rəssam gördüyü bir çox şeyin ona ilham verdiyini deyib:

"İlham birdən gələ biləcək bir şeydir. Həmin anda çalışmalısınız, çünki ideya bir növ obraz, fikir və ya hekayə olaraq ağlınıza gəlsə, dərhal təcəssüm etdirməlisiniz. Çantamda həmişə dəftər və qələm daşıyıram. Tutaq ki, yolda bir fikirə gedən qadın və ya ağacın üstündə oturan quş görə bilərəm. Bunlar hamısı mənə bir ideya verə bilər. İnsan həyatı sevəndə onu olduğu kimi qəbul etsə, daima ilham alacaq. İşimdən çox zövq alıram. Həyatımın ikinci hissəsi kimidir. Həyatda çətin və ya kədərli anlar olduqda işə gəlirəm və işləyəndə neqativ düşüncələr arxa plana keçir”.

Milena Nəbiyeva motivasiya aldığı məqamları da bölüşüb: 
 
"Parlaq rənglər, xoş xatirələr haqqında düşünürəm. Bütün bunlar həm də işim üçün motivasiya verir. Ümumiyyətlə, çox yerdən motivasiya almaq olar. Ətrafımızda o qədər gözəl və maraqlı və şeylər var ki… Müsbət  enerji almaq lazımdır. Müsbət enerjili filmlər və proqramlar izləyin. Maraqlı kitablar oxuyun, muzeylərə gedin, onda çoxlu gözəl motivasiya qazanacaqsınız”.

0
sfera.az