Gürcüstan Səhiyyə Nazirliyi Axaltsixe şəhərində tibb bacısının peyvənddən sonra komaya düşməsi səbəbindən “AstraZeneca”vaksininin istifadəsinin dayandırlması məsələsinə baxır.
HİT.az xəbər verir ki, bunu Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.
Onun sözlərinə görə, mütəxəssislər araşdırma bitənə qədər ölkədə peyvəndləmə prosesinin dayandırılıb-dayandırılmamasını müzakirə edir.