Şirkət TƏBİB-i məhkəməyə verdi

ÖLKƏ
20:46 / 20.03.2021
1002

Azərbaycanda daşımalarla məşğul olan şirkət TƏBİB-i məhkəməyə verib.

Bununla bağlı "Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edib.

Şirkət Bakı Kommersiya Məhkəməsində TƏBİB-ə qarşı iddia qaldıraraq qurumun sifarişi ilə daşımalar həyata keçirsə də, qarşı tərəfin müqaviləyə uyğun olaraq öhdəliyini həyata keçirmədiyini bildirib.

MMC-nin TƏBİB-ə qarşı məhkəmə şikayətinə hakim Fərrux Qasımovun sədrliyi ilə martın 29-da baxılacaq.

0
“Qafqazinfo”