Məşhur aktrisa müğənniliyə başladı - Albom çıxarır

MAQAZİN
22:15 / 20.03.2021
1978

Ötən gün aktrisa Beren Saatla həyat yoldaşı Kenan Doğulu sərgilərdən birindən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, jurnalistlərlə ayaqüstü söhbət edən aktrisa ilk dəfə çıxaracağı albomundan danışıb:

“Kənan mahnılarımı əla şəkildə aranjıman etdirib. Ümid edirəm ki, bu albom arzuladığımdan da gözəl olacaq. Buna görə də çox həyəcanlıyam”- deyə Beren bildirib.

0