Çində torpağı alınan şəxs partlayış törətdi - FOTO

20:13 / 22.03.2021
1327

Çinin Quançjou şəhərində partlayış törədilib.

HİT.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Polisin verdiyi məlumata görə, partlayış yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə 16:00 - Red) baş verib.

Torpağı alınan 59 yaşlı şəxs yerli kənd komitəsinin iclasının keçirildiyi binaya partlayıcı qurğu gətirərək onu işə salıb. Partlayış nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

0