Hit.Az oxuculardan və Axsam.az saytından üzr istəyir

ÖLKƏ
00:10 / 24.03.2021
960

Bu gün Hit.Az saytında Axsam.az saytına istinadla müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramovun Dubayda istirahət etməsi ilə bağlı yayımlanan xəbərə edilən aidiyyatı olmayan əlavə həm haqlı narazılığa, həm də anlaşılmazlığa yol açıb.

Belə ki, xəbərə edilən aşağıdakı əlavənin Hit.Az saytı tərəfindən edildiyi qeyd edilməyib:

"Xatırladaq ki, dünən Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət edərkən görüntüsü yayılmışdı".

Bundan əlavə, xəbərə qoyulan başlıqda mövzuya və xəbərə adekvat olmayıb:

"Azərbaycanlı müğənni və həyat yoldaşı Nəcməddin Sadıkovun olduğu şəhərdə görüntüləndi".

Yaranan anlaşılmazlığa görə,həm bütün oxuculardan, həm  müğənni Sevda xanım və həyat yoldaşından, ən nəhayət, sonra yol verdiyimiz qeyri-peşəkar xətadan dolayı sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən Axsam.az saytının kollektivindən, ümumiyyətlə üzr istəyirik.

0