"Güclülər daha da güclənəcək, zəiflər isə..." - Ekspert

İQTİSADİYYAT
00:27 / 24.03.2021
1576

“Qlobal investorlar artıq pandemiyanı iqtisadiyyat üçün risk hesab etmirlər. Bank of Amerika 630 milyard dollarlıq  fondlara malik 220 maliyyəçi arasında keçirdiyi sorğuya əsasən belə qənaətə gəlib”. 

Bu fikirləri Valyuta.az-a iqtisadçı Eldəniz Əmirov səsləndirib.

“Digər tərəfdən  müxtəlif  dövlətlərin mərkəzi banklarının dünya bazarına ötürdüyü 10 trilyon dollarlıq vəsait  inflyasiya ilə bağlı gözləntiləri maksimuma çatdırıb. İnvestorların 70 faizi qarşıdakı 12 ayda qiymətlərin sürətlə bahalaşacağını ehtimal edirlər  ki, bu da dünya iqtisadiyyatının artım  proqnozlarını şübhə altında qoyur. 

Pandemiya ölkələr arasındakı iqtisadi bərabərsizliyi daha da artırıb. İqtisadiyyatına trilyonlarla vəsait cəlb etməyi bacarmış ölkələr hazırki vəziyyətdən istifadə edəcəklər, onlar  üçün daha da əlverişli şərait yaranıb. 

İqtisadi diskriminasiyanın artması səbəbi ilə güclülər daha da güclənəcək, zəiflər isə daha da zəifləyəcəklər”,- deyə ekspert bildirib.

0