Bu il Azərbaycanın ABŞ-a ixracı 4 dəfədən çox artıb

İQTİSADİYYAT
00:44 / 24.03.2021
911

2021-ci il yanvar-fevral aylarında Azərbaycanın ABŞ-la apardığı ticarət mübadiləsinin həcmi 97,207 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında APA-nın apardığı hesablamalarına görə, 2021-ci ilin ilk iki ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 13,243 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 4,3 dəfə çoxdur.

İdxalın həcmi isə 83,964 mln. dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.

Nəticədə, hesabat dövründə 70,721 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3,5 dəfə azdır.

0