Rinoviruslar koronavirusun yayılmasının qarşısını alırmış

DÜNYA
11:19 / 24.03.2021
1034


İnsan orqanizmində soyuqlama nəticəsində yaranan respirator viruslar koronavirusdan qismən müdafiəni təmin edir.

HİT.Az-ın xəbərinə görə, Qlazko Universitetinin mütəxəssislərinin apardıqları araşdırmalar belə nəticəyə gəlməyə əsas verib. Tədqiqatların nəticələri "Journal of Infectious Diseases" elmi jurnalında  dərc edilib.

Məlum olub ki, insan orqanizminə xas rinovirus anadangəlmə immun cavabını aktivləşdirir və bu SARS-CoV-2 virusunun nəfəs yollarında replikasiyasını bloklayır.

Tədqiqatçı qrup tərəfindən tətbiq edilmiş riyazi model göstərib ki, virusların bir-birinə qarşılıqlı təsiri bütün populyasiya dövründə effektli ola və rinovirusun geniş yayılması yeni koronavirus hallarının yaranmasının qarşısını ala bilər. Rinoviruslar yalnız nəfəs yollarında yerləşən  hüceyrələri yoluxdurur. Bu viruslar kəskin respirator  virus infeksiyaları qrupuna daxildir. 

İlhamə

0