Ermənistanda hərbi rejiminin ləğv edilməsinə qarşı çıxanlar var.
HİT.Az xəbər verir ki, erməni mediası xüsusilə bu məsələ ilə bağlı bitərəf deputat Qevork Petrosyanın fikirlərini tirajlayır. O, hərbi rejimin ləğv edilməsinin əleyhinə səs verib. Deputat bildirib ki, indi Ermənistan üçün daha təhlükəli vəziyyət yaranıb. Ona görə də hərbi rejimin ləğvi yox, daha gücləndirilməsi məqsədəuyğundur.
“Mən hərbi rejimin ləğvinin əleyhinə ona görə səs verməmişəm ki, fərqli görünüm. Əksinə, hərbi rejim tətbiq edilərkən buna ehtiyac yox idi, çünki müharibə “Artsax”da (Qarabağ) gedirdi. Amma indi əksinə, hərbi rejim üçün ciddi əsaslar var. Ermənistanın sərhədləri təhlükədədir”, - deyə o bəyan edib.
Petrosyanın sözlərinə görə, indi müharibə təhlükəsi daha aydın görünür.
O, hərbi rejimin ləğvi üçün növbədənkənar seçkilərin əsas gətirilməsinə belə cavab verib: “İndiki hakimiyyət üçün seçilmək, ölkənin sərhədlərini qorumaqdan daha vacibdir. Ermənistanın və xalqın təhlükəsizliyi kiminsə seçilməkdən həzz almasında daha önəmlidir. Seçkidən də vacib prioritetlər var”.
Ermənistanda 27 sentyabr 2020-ci ildən davam edən hərbi rejim bu gün parlamentdə 118 nəfər lehinə, 1 əleyhinə olmaqla ləğv edilib.
Növbədənkənar seçkilərə gəlincə, proses 20 iyun 2021-ci il tarixə təyin edilib.
VÜQAR