Həyat yoldaşı Rəmişin səhhətindən DANIŞDI

MƏDƏNİYYƏT
21:25 / 24.03.2021
1374

"Rəmişin müalicələri davam edir, biz də ümidlə onun sağalmasını gözləyirik".

HİT.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. 

O, bildirib ki, mütəmadi olaraq sənət yoldaşları Rəmişi ziyarət edir: "Xalq artistimiz Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov onun yanına gəlib. Xəstəxanaya çox adam buraxmırlar, o üzdən hələlik ancaq bu iki sənətkarımız onu ziyarət edib. Rəmişin huşu bəzən özündə olmur, yaddaşı gedib-gəlir, bəzən elə olur ki, heç məni də tanımır. Amma Mənsum müəllimi tanıdı. Əlini sıxdı, hiss elətdirdi ki, onu görməyinə sevinib. Mənsum müəllim də onu Ağdama aparacağına da söz verdi".

0