Ermənistan parlamentinin müstəqil deputatları hökumət nümayəndələrindən spikerə şikayət ediblər.
HİT.Az erməni mediasına istinadən xəbər verir ki, deputatlar Taqo Qovmasyan və Qor Gevorqyan parlamentə təşrif buyuran hökumət nümayəndələrinin onlara qarşı saymazlıq nümayiş etdirdiyindən şikayətçidir. Onlar iddialarını hökumət nümayəndələrinin deputatların suallarını cavablandırmaqdan imtina etməsi ilə əsaslandırırlar.
Hökumət nümayəndələri deputatlara bildiriblər ki, suallarına cavab almaq istəyirlərsə, yazılı formada təqdim etsinlər. Deputatlar isə bunu saymazlıq və təhqir kimi qiymətləndiriblər.
Onlar spikeri də məsələyə müdaxilə etmədiyinə görə qınayıblar.
Spiker Ararat Mirzoyan isə bildirib ki, “müstəqil deputat” yoxdur. Sadəcə heç bir fraksiyada təmsil olunmayan parlamentarilər var. Spiker daha sonra əlavə edib ki, o da öz vəzifələrini yaxşı bilir və nəyi necə etmək haqqına sahibdir.
VÜQAR