Ermənistan Konstitusiya Məhkəməsi eks-prezident Robert Koçaryanla bağlı qərar verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə Koçaryanın ittiham olunduğu Cinayət Məcəlləsinin 300.1 maddəsinin (Konstitusion rejimin devrilməsi) ölkə Konstitusiyasına uyğun olmaması barədə hökm çıxarıb.
Koçaryan məhkəməyə müraciət edərək həmin maddə ilə özünə qarşı irəli sürülən ittihamların ləğv olunmasını tələb edirdi. Eks-prezident 2008-ci il 1 mart iğtişaşları zamanı ölkə prezidenti olduğu üçün konstitusion rejimi devrilməsinin mümkün olmadığını bildirirdi.