Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı AÇIQLANDI

19:47 / 27.03.2021
1285

Cəbrayıl və Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 hərbi qulluqçusunun meyiti aşkarlanıb.

Bu barədə Hit.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, bununla da noyabrın 13-dən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar zamanı meyiti tapılan ermənilərin sayı 1 523 nəfərə çatıb. Axtarışlar yaxın günlərdə davam etdiriləcək.

1
Report