Azərbaycanla Ermənistan arasında dəmir yolu müzakirə olunur - Erməni qubernator

SİYASƏT
13:02 / 28.03.2021
1665

“Ermənistanın Tavuş bölgəsindən keçən dəmir yolu xəttinin açılışı Yuxarı Larsa alternativ ola bilər və Gürcüstanın Poti limanina yolu qısaldar. Hazırda Azərbaycanla dəmir yolunın açılması işçi qaydada müzakirə mərhələsindədir”.

Bunu Ermənistanın Tavuş bölgəsinin qubernatoru Ayk Çobanyan deyib.

O, Baş nazirin müavini Mqer Qriqoryanın "Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə sovet dönəmində mövcud olan bütün kommunakisyaların açılması məsələsini müzakirə edir" fikrinə münasibət bildirib:

"O zaman Tavuş bölgəsini də Azərbaycanla İcəvan-Qazax-Bakı dəmir yolu birləşdirirdi. Hazırda bu istiqamətdə müzakirələr var. Mənim fikrimcə, bu, ölkəmizin yaxın illərdə inkişaf üçün əsas imkanlardan biridir. Bilirsiniz ki, əsasən cənub istiqaməti intensiv müzakirə olunur. Mən də belə hesab edirəm ki, bu istiqamət Ermənistanın nəqliyyat infrastrukturu baxımından statusunu dəyişdirməyə kömək edəcək".

Qubernatorun sözlərinə görə, hazırkı mərhələdə diqqət mərkəzində həm də əvvəlki infrastrukturun bərpası dayanır. Onların arasında Tovuzdan keçən Razdan-Qazax marşrutu da var:

"Hələlik bu istiqamətdə hansısa qərar yoxdur, arşadırma aparılır, dağılmış hissələr var, onları bərpa etmək lazımdır. Məsələ işçi qaydada müzakirə mərhələsindədir. Ona görə də hansısa qərardan hələlik dnaışa bilmirik"

2
Cebhe.info