Bakıda bu evlərin qiyməti bahalaşacaq

İQTİSADİYYAT
21:21 / 30.03.2021
1855

Yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı ehtimalı böyükdür.

HİT.az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunacaq. O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.

3