Ərdoğan İlham Əliyevi Türkiyəyə dəvət etdi

SİYASƏT
17:16 / 31.03.2021
863

“Siz dəyərli qardaşlarımı iyun ayında təşkil edəcəyimiz Antalya Diplomatiya forumuna xüsusilə dəvət edirəm”.

HİT.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə çıxışı zamanı bildirib.

“Forumumuz qlobal və regional məsələlər haqqında səmimi və hərtərəfli fikir mübadiləsi aparılmasına töhfə verəcəkdir. Hər birinizin iştirakından böyük məmnunluq duyacağıq”, - deyə Ərdoğan bildirib.

Türk Şurası liderlərinin qeyri-formal görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

0