Bu il mal ticarətinin həcmi xeyli artacaq

İQTİSADİYYAT
21:25 / 31.03.2021
1099

Dünyada mal ticarətinin həcmi 2020-ci ildə 5,3 faiz geriləməsindən sonra, cari ildə 8 faiz, 2022-ci ildə isə 4 faiz artacaq.

“Report” xəbər verir ki, belə bir proqnoz Ümumdünya Ticarət Təşkilatının bu gün açıqlanan hesabatında irəli sürülüb.

Bununla belə, gələn il də ticarətin ümumi həcminin pandemiyadan əvvəlki səviyyədən az olacağı bildirilir.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında təşkilat həmin ildə dünya mal ticarətində 9,2 faizlik geriləmə olacağını ehtimal etmişdi.

0