Mikayıl Cabbarov peyvənd olundu

ÖLKƏ
11:15 / 02.04.2021
1069

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus (COVID-19) əleyhinə peyvənd olunub.

HİT.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

“Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir”, - deyə nazir qeyd edib.

0