Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşları Ermənistana tankın ehtiyat hissələrinin göndərilməsinə cəhdin qarşısını alıb.
Yerli KİV bildirir ki, bu barədə Ural Gömrük İdarəsinin Mətbuat xidməti məlumat yayıb.
“Hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator tankın idarə edilməsində istifadə olunur. Stabilizatoru Uralın cənubundan olan Çelyabinsk vilayətinin sakini göndərib”, - məlumatda vurğulanıb.
Bildirilib ki, bu stabilizatorlar hərbi texnikalarda, o cümlədən “T-72” markalı tanklarda istifadə olunur.
Fakt üzrə cinayət işi başlanıb. Bildirilir ki, bu cinayətin cəzası 7 il həbs və ya 1 milyon rubladək cərimədir.
Virtualaz.org