11 may 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, nəqliyyat vasitələri üzrə qiymətlər 1000 manatdan başlayır 18 min manata qədər artır.
Siyahıda təqdim edilən bəzi nəqliyyat vasitələri təkrar hərraca çıxarılıb. Təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin böyük qisminə 10, 25 və 50 faiz dəyərində endirib edilib.
Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.