Tanınmış azərbaycanlı ixtiraçı, tələbə Reyhan Camalova dünyanın top universitetlərindən təqaüd qazanıb.
HİT.Az xəbər verir ki, bu haqda o, sosial media hesabında məlumat yayıb. R.Camalovanın təqaüd qazandığı universitetlərin siyasını təqdim edirik:
STANFORD Universiteti
PENNSYLVANİA Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar)
DUKE Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə)
BROWN Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)
AMHERST Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şəxsdən biri olub.
TORONTO Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences)
TORONTO Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA)
Qeyd edək ki, Reyhan Camalovanın 2017-ci ildə dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi əldə edən “Rainergy” layihəsi "Auditoriyanın Favorit Startapı" mükafatını qazanıb. Bundan sonra savadı və istedadı ilə məşhurlaşan 15 yaşlı Reyhan Camalova 2018-ci ildə "Rainergy" adlı layihəsi ilə “Forbes” jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.