Taekvondoçumuz bürünc medal qazandı

İDMAN
18:37 / 08.04.2021
1592

Azərbaycan taekvondoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 46 kq-da mübarizə aparan idmançı bu raundda rusiyalı Larisa Medvedeva ilə üz-üzə gəlib.

Rəqibinə 2:15 hesabı ilə uduzan Əkbərova finala çıxa bilməsə də, yarışı bürünc medalla başa vurub.

Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər 3 taekvondoçusu isə medalsız qalıb. Kişilərin yarışında 54 kq-dakı Bəhruz Quliyev 1/8 finalda serbiyalı Mateya İvanoviçə minimal fərqlə məğlub olub - 13:14.

58 kq çəki dərəcəsində yarışan Pərviz İsgəndərov Avropa çempionatına uğursuz start verib. O, 1/16 finalda Moldova təmsilçisi Stepan Dmitrovla bacarmayıb - 3:10.

Qadınların mübarizəsində Patimat Abakarova 1/8 finalda italiyalı Martina Korellinini 12:6 hesabı ilə üstələsə də, növbəti mərhələdə Rumıniya idmançısı Liana Musteata uduzub - 7:15.

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

0