Bakıda iki yaşlı körpə faciəvi şəkildə öldü

ÖLKƏ
18:15 / 10.04.2021
777

Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

Hit.az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

0