Müğənni Murad Boz koronovirus infeksiyasına yoluxub.
Axşam.az xəbər verir ki, sənətçi 4 gündür karantinə alındığını açıqlayıb. O bildirib ki, karantinin müddətini evdə keçirəcək.
Test nəticəsi pozitiv olan Boz müalicə etdirdiyini deyib:
"Vəziyyətim yaxşıdır. Xahiş edirəm, diqqətli olun, tədbiri əldən verməyin".