Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi”nə yeni müdir təyin edilib.
HİT.Az-ın məlumatına görə, mərkəzin direktoru vəzifəsinə gömrük xidməti mayoru, əczaçılıq üzrə fəlsəfə doktoru Fərid Əliyev təyinat alıb.
O, bundan əvvəl Mərkəzi Gömrük Hospitalının Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifəsində çalışıb.
Fərid Əliyev 2002-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirib, 2004-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışıb. 2018-cı ildən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalında menecer, sonra isə Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifələrində çalışıb.