Bakıda polis nişan mərasiminə basqın etdi - VİDEO

VİDEO
14:06 / 12.04.2021
1309

Paytaxtın Sabunçu rayonunda nişan mərasiminin keçirilməsi aşkarlanıb.

DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö. Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub. Polislər tərəfindən mərasimin qarşısı alınıb. Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

0